Modern.az

139 nömrəli məktəbin şagirdi döyülüb?

139 nömrəli məktəbin şagirdi döyülüb?

23 Dekabr 2022, 15:10

Bakı şəhəri 139 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi iddialarına aydınlıq gətirilib.

 

Məktəbdən Modern.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bildirilib ki, məktəbin V sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) döyülməsi ilə bağlı bəzi mediada yayılan məlumat həqiqətə uyğun deyil:

 

"Məktəbdə belə bir hadisə baş verməyib. Qeyd olunan şagird 22 dekabr tarixində dərsdə olub. Valideynin dediyinə görə evə vaxtında gedib. Bu gün də ikinci növbə dərsə gəlib".

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı