Modern.az

Şagird sayı 500-dək olan 387 məktəbə direktor axtarılır

Şagird sayı 500-dək olan 387 məktəbə direktor axtarılır

16 May 2023, 16:50

Şagird sayı 500-dək olan 387 məktəbdə direktor vəzifəsi vakantdır.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, ilin əvvəlindən həmin məktəblərə direktorların işə qəbulu üzrə müraciət edən 1476 iddiaçıdan 601 nəfəri uğur qazanıb.

 

"Bu günlərdə müsahibə mərhələsinə başlanılacaq", - nazir deyib.

 

“Şagird sayı 500-dən çox olan ümumtəhsil müəssisələrində direktorların işə qəbulu üzrə min nəfərə yaxın namizəd iştirak edib. Qeydiyyat prosesi mayın 17-də yekunlaşacaq”, - deyə E.Əmrullayev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə