Modern.az

DİM-də TOEFL imtahanı keçirildi

DİM-də TOEFL imtahanı keçirildi

Təhsil

8 İyul 2023, 13:07

İyulun 8-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 20 nəfər iştirak edib.

 

İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının iyulun 12-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə