Modern.az

Naxçıvanda II qrup üzrə qəbul imtahanı keçirilir

Naxçıvanda II qrup üzrə qəbul imtahanı keçirilir

9 İyul 2023, 10:42

İyulun 9-da Dövlət İmtahan Mərkəzi Naxçıvanda (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı və III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirir.

 

Modern.az xəbər verir ki, imtahanlar saat 10:00-da başlanıb. Saat 09:45-də buraxılış rejimi başa çatıb.

 

Naxçıvan şəhərindəki 11, 12 və 15 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 76 zalda keçirilir. İmtahanların keçirilməsinə 12 imtahan rəhbəri və 99 nəzarətçi cəlb olunub, 922 abituriyentin iştirakı nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə