Modern.az

Sabahdan magistraturaya qəbul olanların qeydiyyatı başlayır

Sabahdan magistraturaya qəbul olanların qeydiyyatı başlayır

20 İyul 2023, 12:34

Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-i saat 11:00-dan iyulun 31-i saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə