Modern.az

Ən yüksək keçid balı bu ali məktəbin ixtisasında oldu

Ən yüksək keçid balı bu ali məktəbin ixtisasında oldu

31 Avqust 2023, 09:16

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri açıqlanandan sonra Azərbaycandakı  universitetlər arasında ən yüksək keçid balının hansı ixtisasda olduğu müəyyənləşib.

Modern.az xəbər verir ki, bu il ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi (dövlət sifarişli) ixtisasnda olub - 673 bal.

Bakı Ali Neft Məktəbi illərdir ki, bu sahədə liderliyini qoruyub saxlayır.

Ümumiyyətlə, BANM-ın dövlət sifarişli ixtisaslarınına builki keçid balları digər ali məktəblərlə müqayisədə yüksək olub:
 

İnformasiya təhlükəsizliyi -673.3

Kompüter mühəndisliyi- 659.7

Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 635.6

Kimya mühəndisliyi -646.5

Neft-qaz mühəndisliyi -621

Biznesin idarə edilməsi - 640.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi