Modern.az

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Təhsil

14 Aprel 2010, 18:11

Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb. İclasda vergilər naziri Fazil Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov rəhbərlik etdikləri qurumların ilin birinci rübündə gördüyü işlər barədə məlumat veriblər. Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi