Modern.az

İş yerlərində baş verən bədbəxt hadisələrdə 15 nəfər ölüb

İş yerlərində baş verən bədbəxt hadisələrdə 15 nəfər ölüb

Təhsil

15 Aprel 2010, 09:47

“Hazırda 165 min 730 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 115 manatdır. Ümumilikdə, əhalinin həyat səviyyəsinin və pul gəlirlərinin artmasını nəzərə alaraq, cari ilin sonuna 145 min ailənin yardım alacağı proqnozlaşdırılır”. Modern.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söyləyib.

 

F.Ələkbərov deyib ki, nazirlik tərəfindən “Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanması prosesinə başlanılıb. Onunsözlərinə görə, Dünya Bankı “Pensiya və sosial təminat” layihəsi çərçivəsində Ünvanlı dövlət sosial yardımı Proqramının monitorinqi məqsədilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğular keçirib. “Bu sorğuların nəticələrinin təhlili yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunduğunu təsdiqləyib”.   F.Ələkbərov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdisə, 2009-cu il ərzində bundan təxm inən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılıb. ”Ümumilikdə, indiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2009-cu ilədək 2114 ədəd “Oka” markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib. Ötən il bu sahədə də irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 “Slavuta” markalı avtomobil respublikaya gətirilib. Bu il daha 350 ədəd avtomobilin alınması planlaşdırılır”.

Nazir son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsinin, səhiyyə xidmətlərinin təkmilləşməsinin, eyni zamanda, zona tibbi sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarətin gücləndirilməsinin əlillərin reabilitasiya göstəricilərinin yaxşılaşmasına səbəb olduğunu deyib.  “2009-cu ildə ilkin əlilliyin artımı əvvəlki illə müqayisədə 6412 nəfər və ya 25,9 faiz azalmış, tam reabilitasiyası 5,4 faizə yüksəlmişdir. Bu da son 5 ildə ən yüksək göstəricidir. Nəticədə əlilliyin artım faizi demək olar ki, sıfıra endirilmişdir. Müsbət tendensiya yanvar-mart aylarında da davam etdirilmiş və tam reabilitasiya göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. Əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılmışdır”. F.Ələkbərun sözlərinə görə, 2010-cu ilin birinci rübü ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən 5266 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 1460 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2 dəfə çoxdur. “Növbəti aydan respublikamızın əksər şəhər və rayonlarında əmək yarmarkalarının təşkilinə start veriləcək. Ötən il 57 şəhər və rayonda keçirilmiş bu tədbirlər vasitəsilə 8132 nəfər işə düzəlmişdir. Ümumilikdə, 2009-cu il ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 28382 nəfər işlə təmin olunmuşdur”. Nazir bildirib ki, “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2010-cu il üçün bu kvota cəmi 10700 nəfərdir. Hazırda respublikamızda müvafiq fərdi icazə əsasında 82 ölkədən 6386 nəfər əmək fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövründəkindən 602 nəfər və ya 1,4 dəfə çoxdur. ”Hesabat dövrü ərzində verilmiş və müddəti uzadılmış fərdi icazələrin sayı 1976 olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 397 nəfər və ya 1,3 dəfə çoxdur. Əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumu məbləğinin 45 manatdan 1000 manata qaldırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəmizə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə, həmçinin yerlı mütəxəssislərin peşə və ixtisaslarının artırılmasına daha artıq dərəcədə diqqət göstərmələrinə xidmət edir”. Nazir iş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirildiyini vurğulayıb. “2009-cu il ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən 2438 müəssisədə həyata keçirilən dövlət nəzarəti nəticəsində 9124 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmiş, 553 870 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmçinin 7048 nəfər işçi ilə əmək müqaviləsi bağlatdırılmış, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 1045564 manat olmuşdur. Birinci rüb ərzində işə qeyri-leqal cəlb edilən 431 nəfərlə əmək müqaviləsi bağlatdırılmış, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 200139 manat olmuşdur. Əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində son üç ildə iş yerlərində baş verən bədbəxt hadisələrin və bu hadisələr zamanı həlak olanların sayı ilbəil azalmışdır. Belə ki, 2007-ci ildə istehsalatla əlaqəli 259, 2008-ci ildə 255, 2009-cu ildə isə 231 bədbəxt hadisə baş vermiş, bu hadisələr nəticəsində ölənlərin sayı müvafiq olaraq 128 nəfər, 72 nəfər və 69 nəfər təşkil etmişdir. Hesabat dövründə istehsalatda 15 nəfər dünyasını dəyişmişdir”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi