Modern.az

Gürcüstan XİN Azərbaycana etiraz notası verib

Gürcüstan XİN Azərbaycana etiraz notası verib

Təhsil

15 Aprel 2010, 10:32

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan-Gürcüstan sərhədində baş vermiş faciə ilə əlaqədar bəyanat yayıb. Modern.az Gürcüstanın “Apsny” agentliyinə istinadən xəbər verir ki,  XİN   iki ölkənin sərhədi xəttini təsadüfən keçən Gürcüstan vətəndaşının Azərbaycan sərhədçiləri tərəfindən güllələnməsini “biabırçılıq” adlandırıb. Məlumata görə, Gürcüstan XİN günahsız ölkə vətəndaşının güc strukturları əməkdaşları tərəfindən güllələnməsi faktından hiddətləndiyini billdirib. “Biz tam əminik ki, qardaş dost ölkənin ərazisinə təsadüfən keçmiş vətəndaşımız qonşu ölkədə birbaşa atəşin qurbanı olmamalıdır”,-deyə Gürcüstan XİN-in  bəyanatında qeyd olunur.

 

Gürcü tərəfi məsələnin hərtərəfli araşdırılmasını və gühkarların cəzalandırılmasını tələb edir. “Əminik ki, Azərbaycan tərəfin səyləri nəticəsində günahkarlar sərt qanun çərçivəsində cəzalandıralacaq”,-deyə bəyanatda bildirilir.

 

Gürcüstan XİN-in bəyanatında bildirilir ki, aprelin 13-də  Azərbaycan sərhədçiləri Gürcüstan vətəndaşı Siqnaq bələdiyyəsinin Erisimedi kənd sakini, 17 yaşlı İbrahim Qaorqaşvilini qətlə yetiriblər. O, mal-qaranı axtara-axtara təsadüfən Gürcüstan-Azərbaycan sərhədinin Azərbaycan tərəfinə keçib.

 

Məlumata görə, Gürcüstan XİN başçısının müavini David Calaqaniya baş vermiş hadisəni Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevlə də müzakirə edib.

 

Faktla bağlı Azərbaycanın Dövlət Sərhəd Xidməti də məlumat yayıb.  Məlumatda bildirilir ki,  aprelin 13-ü saat 19.00 radələrində dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadı tərəfindən dövlət sərhədini qanunsuz keçən 3 nəfərdən ibarət qrup aşkarlanıb. Sərhəd pozucuları sərhəd naryadının “dayan” əmrinə və havaya açılan xəbərdarlıq atəşinə məhəl qoymayaraq sərhədçiləri soyuq silahla hədələyərək onların həyatları üçün real təhlükə yaradıblar. Sərhəd naryadı mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq silah tətbiq edib, nəticədə sərhəd pozucularından biri yaralanıb. Relyefin mürəkkəbliyindən istifadə edən hər 3 sərhəd pozucuları Gürcüstan ərazisinə qaçmağa nail olublar. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 318.2 maddəsi ilə cinayət işi açılıb.

 

Gürcü tərəfin iddiasına görə, 17 yaşlı  Qaorqaşvliyə heç bir xəbərdarlıq olmadan atəş açılıb. O Azərbaycan tərəfə keçmiş qoyun sürüsünü geri qaytarmağa çalışıb.   Gürcü sərhəd pozuçusunun yaşadığı Duisi kənd əhalisi baş verənlərlə bağlı etiraz aksiyası keçirib. Onlar həmkəndlilərini güllələmiş şəxsin  tapılmasını və cəzalandırılmasını hüquq-mühafizə orqanlarından tələb ediblər. Duisi əhalsi əks halda özləri günahkarı tapacaqlarını və cəzalandıracaqları ilə hədələyiblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi