Polşa prezidenti Lex Kaçinskinin Tu-154 təyyarəsinin qəzasına görə məsuliyyət Rusiyanın üzərinə düşür. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri , Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dumanın plenar iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, qəzanın baş verməməsi üçün təyyarəni qəbul edən tərəf hər şeyi etməlidir. “Əgər biz başqa ölkənin siyasi elitasını daşıyan təyyarənin dumanlı havada yerə enməsinə izazə veririksə, bu, bizim birlikdə hamımızın günahıdır”,-deyə Jirinovski bildirib.
LDP lideri qeyd edib ki, o cür hava şəraitində Polşa təyyarə heyəti adekvat qərar qəbul edə bilməyib. “Məyər təyyarənin pilotu enəcəi yeri, bu ölkəni tanıyır, bu havaya bələddi? Bunu yalnız rus təyyarəçisi edə bilər: 100 dəfə eniş edər, hamısı da nomal. Bu həpbi aerodromdur. Orada heç bir aeroport binası belə yoxdur. Meşə və eniş-uçuş zolağı. Ona görə də qoy bizim nəqliyyat komitəmiz bu işlə məşğul olsun”deyən Jirinovski qeyd edib ki, gələcəkdə bu cür qəzaların baş verməməsi üçün sərt qayda qoyulmalıdır: Pis hava şəraitində hava limanları üçuşlar üçün bağlanmalıdır.