Modern.az

Dələduzluq və korrupsiyada əli ollan şəxslərin “qara siyahısı” hazırlanacaq

Dələduzluq və korrupsiyada əli ollan şəxslərin “qara siyahısı” hazırlanacaq

Təhsil

15 Aprel 2010, 17:27

Beş beynəlxalq bank dələduzluq və korrupsiyada əlaqəsi olan hüquqi və fiziki şəxslərin onların maliyyələşdirdiyi layihə və proqramların həyata keçirilməsində iştirakdan məhrum edilməsi barədə müqavilə imzalayıb. Modern.az xəbər verir ki,  Dünya Bankının məlumatına görə, bu maliyyə qurumları digər regional banklara müraciət edərək, onları bu təşəbbüsə qoşulmağa çağırıblar. BMT-nin xəbərlər mərkəzinin məlumatına görə, bu müqaviləni Afrika İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Amerika İnkişaf Bankı və Dünya Bankının təşkilatlar qrupları imzalayıblar. Dünya Bankı müqavilə imzalanan ərəfədə onların maliyyələşdirdiyi layihələrdə iştirak hüququndan məhrum olunan fiziki və hüquqi şəxslərin “qara siyahı”sını dərc edib. Burada ABŞ, Böyük Britaniya, Banqladeş, Kanada, Yunanıstan, Yaponiya, Rusiya və Ukraynadan olan şirkətlərin adları var. Almaniyanın “Siemens” şirkətinin Rusiya nümayəndəliyinin adı da bu siyahıya daxil edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi