Modern.az

“Lexus”ların satışı dayandırıldı

“Lexus”ların satışı dayandırıldı

15 Aprel 2010, 18:10

Yaponiyanın avtomobilqayırma şirkəti  “Toyota”  bütün dünya üzrə “Lexus GX 460”  markalı avtomobillərin satışını dayandırdı. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilk olaraq  Şimali Amerikada “Lexus”ların satışı qadağan olunub. Bundan sonra isə yaponlar bütün dünya miqyasında bu markadan olan maşınların satışının dayandırılmasına qərar veriblər. Əldə olunan məlumata görə,  maşınların davamlılığına nəzarət sistemində problemlər yaranıb. Belə ki, maşınlar yolda  hərəkət edərkən çönə bilər. Qeyd edək ki, bu maşınlar ABŞ-dan əlavə, Yaxın Şərq və Rusiyada satılır. Problemlər üzündən “Toyota” xüsusi sınaqlar keçirməyi nəzərdə tutub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi