Modern.az

Məğlub Prezident ölkədən qaçıb

Məğlub Prezident ölkədən qaçıb

Təhsil

15 Aprel 2010, 20:06

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev bu gün ölkəni tərk edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakiyev Qazaxıstana yola düşüb. “Ria-novosti” agentliyinin məlumatına  görə,  Bakiyev Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə danışıqlar aparacaq. Görüşdə Qırğızıstandakı vəziyyətin nizama salınması məsələsi müzakirə olunacaq. Bakiyev bu gün keçirilmiş mitinqdə bəyan edib ki, onu ölkəsinə şəxsən Nazarbayev özü dəvət edib. Qeyd edək ki, bu gün Belarus Bakiyevə siyasi sığınacaq təklif edib, lakin qırğız lideri təklifdən imtina edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi