Modern.az

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

29 Sentyabr 2023, 07:40

Bu gün Bakıdakı Rus Evində Rusiya ali təhsil müəssisələrinin sərgisi açılacaq. Sərgidə abituriyentlər ali məktəblərin nümayəndələri ilə ünsiyyət qura və birbaşa aktual məlumat əldə edə biləcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

 

Ziyarətçilər konkret universitetdə təhsil almaq imkanları, qəbul qaydaları, sənədlərin verilməsi vaxtı, universitetlərin ehtiyat imkanları barədə məlumat əldə edəcəklər.

 

Sərgi sentyabrın 30-da başa çatacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi