Hazırda Vaşinqtonda olan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğu Azərbaycana səfr edəcəyini deyib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Davutoğlu bu barədə Amerka səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. ABŞ-ın dövlət katibi Hilari Klintonla keçirdiyi görüşləri barədə məlumat verən Davutoğlu Qafqazlar, İran və erməni məsələsini müzakirə etdiklərini deyib. O, Ankaranın Ermənisitanla yaxınlaşma prosesinin davam etdirilməsində qərarlı olduğunu bildirib.
”Bunu onlara çatdırdıq. Protokolların gerçəkləşməsi bizim üçün önəmlidir. Ayrıca olaraq Azərbaycan mövzusu da bizim üçün önəmlidir. İstəyirik ki, Qafqazda uzunmüddətli sülh olsun. Cənubi Qafqazda barış və istiqrarın qorunub saxlanması üzrə atılan səylər böyük mərhələyə çatdı. Nüvə sammitinin bu məsələdə böyuk təsiri oldu”,-deyə Davutoğlu deyib.
Davutoğlu gələn həftə İran və Azərbaycana səfər edəcəyini bildirib. İran məsələsində hələ imkanlar pəncərəsinin mümkün olduğunu deyən XİN başçısı əlavə edib ki, Ankara İrana qarşı hərbi əməliyyatları, eləcə də iqtisadi sanksiyaları dəstəkləmir.
Davutoğlu qeyd edib ki, Azərbaycanın Nüvə sammitində təmsil olunmaması böyük əksiklikdir. Davutoğlu “Bunu AbŞı-ın diqqətinə çatdırdıq, əlimizdən gələn hər şeyi etdik” deyib.