Modern.az

Mübariz Mənsimov Türkiyədə yeni liman alır

Mübariz Mənsimov Türkiyədə yeni liman alır

16 Aprel 2010, 11:28

Türkiyədə maliyyə sıxıntısı yaşayan ünlü iş adamı Cefi Kami sahibi olduğu "Yalıkavak" limanını Azərbaycan əsilli milyarder, Palmali" Şirkətinin və “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimova satır.
“Milliyet”in xəbərinə görə, “Palmali”nin prezidenti M.Mənsimov sahib olduğu 129 gəmi ilə dəniz nəqliyyatı sahəsində dünyanın ilk beşliyində yer alır.
Bildirilir ki, "Yalıkavak"ın sahibi Cefi Kami bu məkana 35 milyon avro para yatırsa da, vəziyyətdən çıxa bilmədiyi üçün limanı satmaq qərarına gəlib.
İş adamlarının satlıq liman barədə necə sövdələşdikləri, limanın Mənsimova neçəyə başa gəldiyi barədə məlumat verilmir.
Türkiyə mediası həmvətənimizin Bodrumda və digər yerlərdə tikdirdiyi yeddi ulduzlu otellərdən və 60 milyon avro maya qoyduğu klinikadan da bəhs edir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi