Modern.az

Sərkisyan Moskvaya hazırlaşır

Sərkisyan Moskvaya hazırlaşır

Təhsil

16 Aprel 2010, 17:01

Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya hazırlaşır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytı xəbər yayıb. Məlumata görə, səfər aprelin 20-də nəzərdə tutulub. Erməni lider qısamüddətli səfəri çərçivəsində Rusiya  prezidenti Dmitri Medvedevlə görüşəcək.

 

Qeyd edək ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin intensivləşməsi ilə Rusiya və Ermənistan rəhbərləri arasında da həm prezidentlər, həm də XİN başçıları səviyyəsində “məsləhətləşmələr” müntəzəm xarakter almağa başlayıb.  Sərkisyanın Moskvaya budəfəki səfəri gedişində Vaşinqtonda Amerika prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla  aparılmış danışıqların da təhlil olunacağı istisna olunmur. Məlumdur ki, Ermənistan rəhbərliyi Qarabağ danışıqlar prosesində atacağı hər bir addımı Kremllə razılaşdırmaq istəyir.

Xatırladaq ki, Ermənstan və Rusiya liderləri  sonuncu dəfə  yanvarın 18-də Moskvada görüşüb.

 

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi