Modern.az Xəbər verildiyi kimi, aprelin 14-dən 15-ə keçən gecə Bakıdakı “Karvan” şadlıq evini qarət edən oğrular oradakı seyfi sındıraraq 306 min manat və 180 min dollar oğurlayıblar. Daxili İşlər Nazirliyi yarım milyonluq qarəti həyata keçirən oğruların adlarını açıqlayıb. Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "Karvan" şadlıq sarayından oğurluğun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Qənbərov və Bülbülə qəsəbə sakini Denis Novoselov tərəfindən törədilməsi müəyyən edilib. DİN-in məlumatında bildirilib ki, aprelin 14-nə keçən gecə pəncərədən girmək yolu ilə oradakı seyf sındırılıb və içərisində olan 306.000 manat və 180.000 dollar pul oğurlanıb.