Modern.az

Bakiyev Qazaxıstanı da tərk etdi

Bakiyev Qazaxıstanı da tərk etdi

Təhsil

16 Aprel 2010, 17:40

Bir qədər əvvəl yayılan məlumata görə, Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev Qazaxıstandan ayrılıb. Modern.az qazax mənbələrinə istinadən xəbər verir ki, Bakiyev bu gün günorta saatlarından  sonra Qazaxıstanı tərk edib. Qırğız liderinin hansı səmtə yollanmasə barədə məlumat verilmir. Lakin Qırğızıstanın müvəqqəti hökuməti  onun Türkiyəyə uçmasını istisna  etməyib. "İnterfaks" agentliyi Bakiyevin  Qazaxıstanı tərk etməsi faktını təsdiqləyərək onun Türkiyəyə gedə biləcəyini bildirib. Əldə olunan məlumata görə, qırğız müvəqqəti  hökumətin sədr müavini  Almazbek Atambayev Türkiyədədir. Bakiyevin Atambayevlə danışıqlar aparmaq üçün Ankaraya getdiyi ehtimal olunur. Beləliklə Qırğızıstanda Bakiyev və müvəqqəti arasında baş tutmayan danışıqların Türkiyədə aparılması nəzərdə tutulub.

     

Qeyd edək ki, bu gün müvəqqəti hökuməti Bakiyevin istefa ərizəsinin əslini alıb. Bakiyev istefa ərizəsində aprelin 7-də baş verənləri silahlı çevriliş adlandırıb. O ölkənin imicinə böyük zərər dəydiyini bildirib. Bakiyev baş vermiş olaylara görə məsuliyyətin müvəqqəti hökumətin üzərinə düşdüyünü deyib. “Qırğız xalqının gələcəyi, dövlətin bütövlüyü və varlığı üçün Konsitusiyanın 50-ci maddəsinin tələbinə uyğun olaraq istefa verirəm”,-deyə Bakiyev istefa ərizəsində bildirir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi