Modern.az

BAXCP xilaskar Türk əsgərini anacaq

BAXCP xilaskar Türk əsgərini anacaq

Təhsil

19 Aprel 2010, 15:36

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Partuyadan Modern.az-a verilən məlumata görə, İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ hər il aprelin 24-də BAXCP üzvlərinin qeyd etdikləri xilaskar Türk əsgərinin anım günü ilə bağlı olub. Toplantıda ənənəvi olaraq, bu il də Azərbaycan türklərini erməni soyqırımından xilas edən Türk əsgərlərinin xatirəsinin anılması ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, BAXCP rəhbərliyi aprelin 24-də, saat 11:00-da Şəhidlər Xiyabanında qəhrəman Türk əsgərlərinə ucaldılmış abidəni ziyarət edəcək.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ Şimal Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Ulusal Birlik Partiyasının sədri Dərviş Əroğlunun qalib gəlməsilə bağlı olub. BAXCP İdarə Heyəti Dərviş Əroğlunun qələbəsini mühüm hadisə kimi dəyərləndirib və yeni seçilmiş dövlət başçısına təbrik məktubu göndərilməsilə bağlı qərar qəbul edib.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi