Modern.az

NATO-nun Bakı seminarı təxirə salındı

NATO-nun Bakı seminarı təxirə salındı

Təhsil

19 Aprel 2010, 16:08

Aprelin 20-21-də Bakıda keçirilməsi nəzərdə tutulan NATO-nun beynəlxalq seminarı müvəqqəti təxirə salınıb. Modern.az xəbər verir ki,  bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Buna səbəb Avropada hava şəraitinin pis olması ilə əlaqədar uçuşların həyata keçirilməməsidir.

 

Qeyd edək ki,  BMT Təhlükəsizlik Şurasının adi silahlar haqqında 1540 nömrəli qətnaməsinin icrası məsələlərinə həsr olunacaq seminarda Şimali Atlantika Alyansının üzvü olan ölkələrin nümayəndələrinin, o cümlədən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun iştirakı nəzərdə tutulmuşdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi