Modern.az

Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb

Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb

Təhsil

19 Aprel 2010, 17:58

Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb.

Ə.Davudoğlu jurnalistlərə açıqlamasında Preziden İlham Əliyevlə görüşəcəyini bildirib. Nazir Türkiyənin hər zaman Azərbaycanla iş birliyində olduğunu qeyd edib. Ə.Davudoğlu Azərbaycanda keçirəcəyi görüşlərdən sonra xarici işlər naziri Elmar Məmmədyarovla birgə açıqlama verəcəyini deyib.

Onun sözlərinə görə, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə predmeti olacaq.

Ə.Davudoğlu ilə yanaşı Türkiyənin baş nazirinin xususi elçisi, xarici işlər nazirinin aparat rəhbəri Firudin Siniroğlu da Azərbaycana gəlib. Azərbaycana səfər başa çatdıqdan sonra Türkiyənin XİN rəhbəri İrana yola düşəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi