Modern.az

Avropa İttifaqı ilə Ermənistanın münasibətlərində problem yaranıb

Avropa İttifaqı ilə Ermənistanın münasibətlərində problem yaranıb

27 Sentyabr 2013, 08:50

Fransadakı Ermənistan lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 26 sentyabr tarixli nömrəsində Avropa İttifaqı ilə Ermənistan arasındakı münasibətlərindən bəhs edən məqalə dərc olunub.

AzərTAC-ın məlumatına görə, məqalədə müəllifi Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri şərh edən Avropa Parlamentinin yüksək vəzifəli rəsmisinə istinadən yazır ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaq barədə gözlənilməz qərarı bu ölkənin Avropa Parlamenti ilə münasibətlərinə ciddi zərbə vurub.

Avropa Parlamentinin xarici işlər üzrə komitəsinin sədri E.Brok açıq şəkildə bildirib ki, bununla Avropa Ermənistanı deyil, əksinə, Ermənistan Avropa perspektivlərini itirir.
Komitə sədri hesab edir ki, Ermənistan bu addımı Rusiyanın təzyiqləri nəticəsində atmağa məcbur olub.
Parlament rəsmisi bəyan etdib ki, Avropa İttifaqının noyabr ayında Vilnüsdə planlaşdırılan sammitində Ermənistanla assosiativ razılaşmaya dair sənəd imzalanmayacaq. Biz danışıqları davam etdirəcəyik, lakin Gömrük İttifaqının üzvü olan ölkə ilə assosiativ razılaşma barədə hər hansı imzalanmadan söhbət gedə bilməz.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?