Modern.az

Polad Bülbüloğlu YAP-çı deputatı qəzəbləndirdi

Polad Bülbüloğlu YAP-çı deputatı qəzəbləndirdi

27 Sentyabr 2013, 12:11


“Müsahibədəki müəyyən məsələlər sual doğurduğuna görə adı çəkilən Ermənistan saytında daxil oldum və müsahibənin orada dərc edilmiş variantı ilə tanış oldum. Cənab P.Bülbüloğlu erməni saytına müsahibəsində deyir : “...Əfsus ki, vaxt bizim əleyhimizə işləyir. Sirr deyil ki, sizin də, bizim də mətbuatda düşmən obrazı təbliğ edilir. Buna imkan vermək olmaz. Bununla biz gələcək nəsillərdə partlayacaq minaların əsasını qoyuruq”. Modern.az-ın məlumatına görə bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun erməni saytına müsahibəsinə münasibət bildirərkən deyib. O, səfirin, müsahibəsindəki bu fikrindən çox narahat olduğunu dilə gətirib  və məsələ ilə bağlı bir neçə sualı olduğunu bildirib. A. Mirzəzadə P. Bülbüloğlunun belə müsahibə verməsinə şübhə ilə yanaşdığını da gizlətməyib.  “Birinci, doğrudanmı, cənab səfirimiz belə müsahibə verib və Ermənistan saytında verilən fikirlər doğrudanmı ona məxsusdur və fikirləri təhrif edilməyib ki ?

İkinci, nəyə görə Azərbaycan səfiri Ermənistan saytına müsahibəsində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini səsləndirməyib və qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımadığına etiraz etməyib ?

Üçüncü və ən vacibi, niyə cənab səfir Azərbaycan mətbuatında Ermənistanın düşmən obrazının yaradılmasından narahatdır? Mətbuatımız torpaqlarımızı işğal edən qonşu dövlətə dostmu deməlidir, onun cəbhə xəttindəki provokasiyalarından susmalıdırmı, yoxsa Ermənistana dost və qardaş hisslərimi aşımalıdır ? Niyə görə cənab səfir Azərbaycan gənclərinin torpaqlarımızı işğal edən Ermənistanın düşmən kimi tanımasını " partlayıcı mina" adlandırır və Azərbaycan və Ermənistanı tərəzinin eyni gözünə qoyur ?-deyə YAP-çı millət vəkili qeyd edib.

Deputat hesab edir ki,  Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayana və ölkəmizə qarşı düşmən hərəkətlərini dayandırmayan qədər hər şey öz adı ilə adlandırılmalıdır və bu məsələdə Azərbaycan ziyalıları cəmiyyətə nümunə olmalıdırlar.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?