Mədəniyyət və Turizm Nazirliyi 4 otelin lisenziyasını ləğv edilib. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, 2013-cü iə dair yarımillik rəqəmlər onu göstərir ki, Azərbaycan turizmi yenə də təxminən 10 faiz civarında artıb: “Keçən ilin yarımilliyinə nisbətən bu il Azərbaycana gələn turistlərin sayı 9,9 faiz artıb. Artıq 1milyon 196 min turist Azərbaycan sərhədlərini keçib. Yadınızdadırsa, 2005- ci ildə bu bütün ilin rəqəmi idi. Amma bu rəqəm 10 il bundan öncə cəmi 460 min nəfər olub”.
Ə. Qarayevin sözlərinə görə, hər il Azərbaycanda mehmanxaların sayı artmaqdadır. Bu gün ölkədə 516 otel fəaliyyət göstərir. “Turizmin inkişafının yolu uğurlu olsa da, çox hamar deyil. Çoxlu çətinliklər var. Bu il yay mövsümü zamanı da Mədəniyyət və Turizm Nazirliyi və müvafiq qurumların keçirdiyi monitorinqlərin nəticəsində bir neçə oteldə ciddi nöqsanlar aşkar olundu. O, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Təəssüflər olsun ki,4 otelin lisenziyası ləğv olunub. Bunlar Xaçmaz rayonunda "Səyahət", Quba rayonunda " Dostluq", habelə Mingəçevir və Astarada yerləşən otellərdir. Digər otellərə isə rəsmi xəbərdarlıq etmişik, onlara müəyyən vaxt qoymuşuq. Düşünürəm ki, onlar bu tövsiyələrdən nəticə çıxaracaqlar”.
Gültəkin Ələsgər