Modern.az

Bakıda jurnalistin evi qarət olundu, pul və qızıl əşyaları oğurlandı

Bakıda jurnalistin evi qarət olundu, pul və qızıl əşyaları oğurlandı

30 Sentyabr 2013, 15:11
“APA Holding” MMC-in əməkdaşı, APA TV-nin baş produseri Ülkər Qasımovanın evi qarət edilib. Bu barədə APA-ya Ülkər Qasımova özü məlumat verib.

Onun sözlərinə görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.  

Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib.

Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər. 

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən faktı təsdiqləyiblər.

Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?