Modern.az

Çingiz Abdullayev beynəlxalq fondun Direktorlar Şurasınının üzvü seçilib - FOTO

Çingiz Abdullayev beynəlxalq fondun Direktorlar Şurasınının üzvü seçilib - FOTO

1 Oktyabr 2013, 10:49

Rumıniyanın Konstansiya şəhərində  Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (QDXDBF) Direktorlar Şurasının 11-ci  toplantısı keçirilib.

İclasda Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin iqtisadi əməkdaşlığına, beynəlxalq dialoqun inkişaf etdirilməsinə, dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş aktual mövzular müzakirə edilib. İclas çərçivəsində həyata keçirilmiş və yeni layihələr, gələcək əməkdaşlığın fəallaşdırılmasına dair təkliflər diqqət mərkəzində olub. Toplantıda, həmçinin Serbiyada  QDXDBF-nin filialının açılması və qürumun Direktorlar Şurasına yeni üzvlərin qəbul olunması qərara alınıb. Azərbaycanlı  yazıçı, dünyaca məhşur  Çingiz Abdullayev də Direktorlar Şurasınının yeni üzvü seçilib. Gündəlikdə duran daha bir məsələ isə “ Qara dəniz-Xəzər dənizi  regionunda həlli uzadılmış münaqişələr və onların həlli perspektivləri, iqtisadi, sosial və siyasi nəticələr " adlı elmi araşdırma layihəsinin müzakirəsi olub.  Araşdırma  başa çatdıqdan sonra tədqiq olunmuş layihə beynəlxalq məsləhətçilərə  təqim ediləcək.  Konstansiya toplantısı QDXDBF-nin  BMT yanında İqtisadi və Sosial Şurada xüsusi müşahidəçi statusu alması ilə də yadda qalıb.

Qeyd edək ki, bu dəfəki toplantıda Avropa Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,  Rumıniya Xarici İşlər Nazirliyinini yüksək çinli nümayəndələri də iştirak ediblər. Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri, QDXDBF-nin baş katibi Eldar Həsənov bildirib ki,  bir çox uğurlu layihələrə imza atan təşkilat 2014-cü ildə  5 illik yubileyini keçirməyə hazırlaşır.  Xatırladaq ki,  fondun yaradılmasının təşəbbüsçüsü Azərbaycan Prezidenti İlham Əliyev  və bu təşəbbüsü dəstəkləmiş Rumıniya Prezidenti Trayan Beseskudur.  20-yə yaxın ölkəni ətrafında birləşdirən beynəlxalq fondun mərkəzi qərərgahı Buxarest şəhərindədir.





Modern.az
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?