Modern.az

Nazir şagirdlərin məktəblərə qəbulu ilə bağlı yeni qaydaları təsdiqləyib

Nazir şagirdlərin məktəblərə qəbulu ilə bağlı yeni qaydaları təsdiqləyib

1 Oktyabr 2013, 11:39


Təhsil naziri Mikayıl Cabbarov “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, “Təhsil haqqında” Qanunla bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib, o cümlədən Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli, 5 nömrəli qərarı ilə “Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub. Bununla belə, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları məktəblərdən xaric edilməsi üzrə münasibətləri tənzimləyən Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il tarixli, 1637 nömrəli əmri ilə təsdiq edilmiş “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar”dakı bəzi qeyri-müəyyənliklər göstərilən məsələləri tam və obyektiv əhatə etmirdi.

Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək məqsədi ilə təhsil naziri M.Cabbarov yeni əmr imzalayıb. Bu əmrlə uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI  təsdiqlənib.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?