Modern.az

Azərbaycanda yaşayan avarlar İlham Əliyevi dəstəkləyir

Azərbaycanda yaşayan avarlar İlham Əliyevi dəstəkləyir

1 Oktyabr 2013, 13:14


Azərbaycanda yaşayan bir sıra milli azlıqlar qarşıdan gələn prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, prezidentliyə namizəd İlham Əliyevin namizədliyini  dəstəkləyən bəyanatla çıxış ediblər.  Ölkənin müxtəlif bölgələrində məskunlaşan ləzgilər, yəhudilər, ruslar da hazırkı dövlət başçısına dəstək olacaqlarını bəyan ediblər.

Azərbaycanın daha çox şimal, şimal-qərb bölgəsində kompakt şəkildə yaşayan avarların seçimi ilə bağlı 111 saylı Zaqatala - Balakən seçki dairəsindən seçilən deputat Kamilə Əliyeva danışıb.

Deputa Modern.az-a açıqlamasında deyib ki, təmsil etdiyi bölgənin milliyətcə avar sakinləri İlham Əliyevi prezidentliyə alternativsiz namizəd görürlər.

“İnsanlar bayram əhval-ruhiyyəsindədirlər. Hamı seçki gününü gözləyir. Biz də seçki təşviqat kampaniyası başlayandan bölgədə görüşlər keçiririk, insanlarla mütəmadi təmasda oluruq. Hamı, bütün Zaqatala camaatı prezident İlham Əliyevi dəstəkləyəcəklər. Bunu insanlar özləri deyirlər. Onlar görülən işlərə qiymət verirlər, hər şey göz qabağındadır.
Xüsusən də Zaqatalada baş verən zəlzələdən sonra cənab prezident zaqatalalıların yanında oldu. İnsanlara yardım əlini uzatdı, onları çətin durumdan xilas etdi. Xalqım gözü tərəzidir, bunu görür. Hər kəs doğruya səs verəcək. Bu baxımdan Zaqatala camaatı İlham Əliyevi dəstəkləyəcəklər”-deyə Zaqalanın deputatı vurğulayıb.

Avarların daha çox məskunlaşdığı Balakənlilərin də seçimi İlham Əliyevin tərəfindədir.  Balakənin deputatı Rəbiyyət Alsanovun fikrincə, təmsil etdiyi bölgə seçimini çoxdan edib.

A.RÜSTƏMOV

 

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?