Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

1 Oktyabr 2013, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 02-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman, çiskin olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh
Oktyabrın 04-dək respublikanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və temperaturun yüksələcəyi gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərində məhsulun, o cümlədən, mərkəzi-aran rayonlarında pambığın yetişməsi üçün, hava şəraiti isə ümumən pambığın yığımı və qurudulması, üzüm və meyvə bağlarında və bostanlarda məhsulun yığımı və çoxillik otların biçini üçün əlverişli olacaq. Dağətəyi rayonlarda qısamüddətli yağışların yağması payızlıq dənli bitkilər üçün ayrılmış sahələrdə səpinqabağı işlərin aparılması üçün əlverişli olacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?