Modern.az

Jurnalistlər üçün tikiləcək yeni binadan xəbər var

Jurnalistlər üçün tikiləcək yeni binadan xəbər var

1 Oktyabr 2013, 15:43

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikiləcək yeni binanın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə üç şirkət qatılıb. Oktyabrın 1-də “Media forum” saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.

Vüqar Səfərli qeyd edib ki, hansı şirkətin qalib olacağı bu həftə bilinəcək: “Hazırda şirkətlərin irəli sürdüyü təkliflərə baxılır. Biz bütün sənədlərə baxdıqdan sonra ümumi protokol Satınalmalar üzrə Dövlət Agentliyinə göndəriləcək. Agentlik sənədləri təsdiq etdikdən sonra şirkətlərdən biri qalib elan olunacaq”.

2015-ci ildə istifadəyə verilməsi planlaşdırılan bina 17 mərtəbəli və 3 bloklu olacaq.

Modern.az
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?