Modern.az

Cəbhə bölgəsində prokurorların tədbiri keçirildi

Cəbhə bölgəsində prokurorların tədbiri keçirildi

1 Oktyabr 2013, 14:24

Bu gün Horadiz şəhərində Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə prokurorluq orqanlarının 95 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən icr başçısı Alı Alıyev prokurorluğun cəmiyyətdəki yeri və rolundan danışıb.  Alı Alıyev bildirib i, müstəqil Azərbaycan Respublikasının ən müasir inkişaf tarixi Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adı və onun dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır.

Alı Alıyev xatırladıb ki, Heydər Əliyevin tarixi reallığı bərpa edən, milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirən 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Onun sözlərinə görə, bu sərəncam prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən tarixi hadisədir. İcra başçısı prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Füzuli rayon prokuroru Rəfail Zeynalov geniş məruzə ilə çıxış edib. R.Zeynalov bildirib ki, bu gün öz peşə bayramını və Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 95-cı ildönümünü qeyd edən prokurorluq orqanları çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək formalaşmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərmişdir. R.Zeynalov ölkəmizin hərtərəfli inkişafı baxımından prokurorluq orqanlarının qarşısında çox mühüm və məsul vəzifələr durduğunu vurğulayıb. O, Füzuli rayon prokurorluğu tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər barədə də danışıb.
Qeyd edib ki, Füzuli rayon prokurorluğu tərəfindən qanunun aliliyi və insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizənin təmin olunması istiqamətində zəruri tədbirlər görülməkdədir. Tədbirdə həmçinin MTN-nin rayon şöbəsinin rəisi, Füzuli rayon məhkəməsinin hakimi və digərləri çıxış ediblər.





Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?