Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakıdakə bir sıra uşaq bağçalarına baş çəkib.
O, əvvəlcə Xətai rayonundakı 315 nömrəli körpələr-evi uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.
AzərTAc xəbər verir ki, Mehriban Əliyevaya məlumat verilib ki, 315 nömrəli körpələr-evi uşaq bağçasında 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaq. Bağçada 6 qrup var.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8 nömrəli körpələr-evi uşaq bağçasında yaradılmış şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, xüsusi istirahət guşələri yaradılıb, uşaq attraksionları qurulub.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.
Məlumat verilib ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul olacaq. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7 Azərbaycan qrupu fəaliyyət göstərəcək.
Mehriban Əliyeva və qızı Arzu Əliyeva Xətai rayonundakı akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılış mərasimində də iştirak edib.
Mehriban Əliyeva və Arzu Əliyeva bağçanın rəmzi açılışını bildirən lenti kəsiblər.
Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompyuter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.
Modern.az