Müsavat başqanı İsa Qəmbər Brüsselə səfərə gedib. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. O İsa Qəmbərin artıq səfərə yola düşdüyünü deyib.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər oktybarın 3-də Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak edəcək.
İ.Qəmbər həmçinin Avropadakı mühacir azərbaycanlılardan ibarət Demokratik Azərbaycan Hərəkatının oktyabrın 3-də Brüssel şəhərində keçirəcəyi Cəmil Həsənliyə dəstək mitinqə də qatılacaq.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat nümayəndəsi Oktay Gülalıyev isə bir qədər öncə Modern.az-a açıqlamasında Brüsselə kimin gedəcəyi haqda yekun qərarın verilmədiyini deyib.
Modern.az