Modern.az

Prezidentliyə namizədlər seçki günü harda səs verəcəklər? - Bəzi namizədlər öz məntəqəsini tanımır

Prezidentliyə namizədlər seçki günü harda səs verəcəklər? - Bəzi namizədlər öz məntəqəsini tanımır

2 Oktyabr 2013, 18:02

Modern.az saytı növbəti dəfə prezidentliyə namizədlər arasında sorğu keçirərək, onların səs verəcəkləri məntəqə və qeydiyyatda olduqları ünvan haqqında araşdırma aparıb.

Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyev 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verəcək. Prezident əvvəlki illərdə keçirilən seçkilərdə də həmin dairədə səs verib. 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili, prezidentliyə namizəd Fərəc Quliyev Bakının Səbail rayonunda qeydiyyatdadır və buna uyğun məntəqədə səs verəcək. Bu barədə deputat özü məlumat verib.

BAXCP-dən prezidentliyə namizəd, Milli Məclisin deputatı Qüdrət Həsənquluyev Yasamal rayonunda qeydiyyatdadır. Bu haqda partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli informasiya verib.

Ümid Partiyasından prezidentliyə namizəd, millət vəkili İqbal Ağazadə Nərimanov rayonu ərazisində qeydiyyatdadır və 19 saylı dairədəki məntəqələrin birində səs verəcək.

Milli Şuranın namizədi Cəmil Həsənli Yasamal rayonunda, M. F. Axundov küçəsi-151 ünvanında qeydiyyatdadır. C.Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı deyib ki, məntəqənin nömrəsi haqda məlumata malik deyil.

ADP sədri Sərdar Cəlaloğlu Üzeyir Hacıbəyov-21, mənzil 60 ünvanında yaşayır. Amma qeydiyyatı Nəsimi rayonunda olduğundan orda səs verəcək.

ASDP sədri Araz Əlizadə maraqlı bir açıqlama verib. Onun sözlərinə görə, hələlik harada səs verəcəyini dəqiqləşdirməyib. O deyib ki, bu haqda sonra ətraflı məlumat verəcək.

Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev Binəqədi rayonu 8-ci mikrorayon ərazisində qeydiyyatdadır və həmin yerdə, yəni Binəqədi rayonunda yerləşən məntəqələrin birində səs verəcək. H.Hacıyev bildirib ki, amma hələlik məntəqənin nömrəsi onun özünə də bəlli deyil.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən millət vəkili Zahid Oruc Səbail rayonu ərazisində qeydiyyatdadır və 23 saylı DSK-nın 18 nömrəli məntəqəsində səs verəcək.
“Mən xanımım və qızım Eltacla bir yerdə səs verməyə gedəcəyəm”.

Ədalət Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd İlyas İsmayılov “Mən 9 oktyabr tarixində keçiriləcək prezident seçkisinin səsverməsində iştirak etməyəcəm” deyib. Onun sözlərinə görə, seçki məntəqəsinə gedib özünə səs verməsi düzgün deyil.
“Digərlərinə də səs verə bilmərəm. Ona görə səsverməyə getməyəcəm”-deyə İ.İsmayılov vurğulayıb.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?