Modern.az

Cəmil Həsənlinin şikayəti təmin edilmədi

Cəmil Həsənlinin şikayəti təmin edilmədi

2 Oktyabr 2013, 21:30


Bu gün Bakı Apellyasiya Məhkəməsində prezidentliyə namizəd Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Prosesdə Cəmil Həsənlinin nümayəndəsi kimi iştirak etmiş Tural Hacıbəylinin APA-ya verdiyi məlumata görə, məhkəmə iddianı təmin etməyib.

T. Hacıbəyli bildirib ki, məhkəməyə müraciət etmələrinə səbəb MSK-nın saytında yerləşdirilən məlumat olub: ““Azərbaycan” qəzetində seçki öncəsi mitinq və digər toplantıların keçirilməsi üçün nəzərdə tutulmuş açıq və qapalı yerlərin siyahısı dərc edilib. Həmin siyahını MSK öz saytında başqa formada yerləşdirib. MSK-nın saytında həmin yerlər prezidentliyə namizədlərin seçicilərlə görüş yeri kimi təqdim edilib. Biz də məhkəməyə müraciət edərək, həmin məlumatın qanunsuz hesab edilməsi və məhkəmə qərarın MSK-nın saytında yerləşdirilməsi tələbi ilə iddia qaldırmışdıq”. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?