Modern.az

Deputatdan ölkə rəhbərliyinə təklif: “Qarabağdakı varidatımız yenidən qiymətləndirilməlidir”

Deputatdan ölkə rəhbərliyinə təklif: “Qarabağdakı varidatımız yenidən qiymətləndirilməlidir”

3 Oktyabr 2013, 10:50


Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü, deputat Xanhüseyn Kazımlı Azərbaycanda əmlakın qiymətləndirilməsi ilə bağlı yeni qanunun qəbul olunmasını istəyir.

Deputat Modern.az saytına bildirib ki, hətta Azərbaycanın işğal altındakı ərazilərdə olan varidatın qiymətləndirilməsi ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib.

“1998-cı ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul olunub. Azərbaycan MDB miqyasında birinci respublika olub ki, dünya təcrübəsinə əsaslanaraq, belə bir qanun qəbul edib. Azərbaycandan 8 ay sonra Rusiya belə qanun qəbul etdi. Lakin bu qanunu bizdən sonra qəbul edənlər sənədə 7-8 dəfə əlavə və dəyişikliklər ediblər. Amma biz bu günə qədər qanunda heç bir əlavə və dəyişiklik etməmişik”.

Qiymətləndirmə sahəsində Azərbaycanda çoxlu neqativ halların baş verdiyini deyən millət vəkilinin sözlərinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməlidir.

“Qanuna əlavə və dəyişikliklər də hazırladıq. Qanundakı əlavə və dəyişikliklər bəzi qüvvələrin sahə mənafelərinə toxunduğundan keçirə bilmədik. 16 ildir ki, bu qanun qəbul olunub. Əgər əmlak vergiyə cəlb olunursa, bunun vergi dəyəri ayrı, əmlak sığorta olunursa sığorta dəyərinin hesablanması başqa, sahibkar, hər hansı bir adam əmlakını girov qoyub kredit götürürsə girov dəyəri başqa olmalıdır. Bankların hər birinin tərkibində bir qiymətləndirmə qurumu yaradılmalıdır”.

Gültəkin ƏLƏSGƏR     

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?