Modern.az

Elnur Məmmədli karyerasını bitiribmi? - İdmançıdan AÇIQLAMA

Elnur Məmmədli karyerasını bitiribmi? -  İdmançıdan AÇIQLAMA

3 Oktyabr 2013, 13:26


Mətbuatda olimpiya və dünya çempionu Elnur Məmmədlinin karyerasını bitirməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Pekin Olimpiya Oyunlarının ulduzu karyerasını başa vurub və Cüdo Federasiyasına vitse prezident təyin olunub.

Modern.az məsələ ilə bağlı Elnur Məmmmədlinin özü ilə əlaqə saxlayıb. Olimpiya çempionu yayılan məlumatların doğru olmadığını bildirib:

“Hələ ki belə bir şey yoxdur. İndi zədələrim sağaltmaqla məşğulam. Gələcəkdə hər şey ola bilər”.

Olimpiya çempionunun geniş müsahibəsi Modern.az-da olacaq.

İntiqam Valehoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?