Modern.az

“ABŞ ordusunun Azərbaycandan keçib getməsi normaldır”- MÖVQE

 “ABŞ ordusunun Azərbaycandan keçib getməsi normaldır”- MÖVQE

3 Oktyabr 2013, 15:53


“Amerikanın qoşunları Azərbaycandan keçərək Əfqanıstana göndərilib. İndi də Əfqanıstandan Azərbaycan ərazisi ilə geri daşınacaq”. Bunu Modern.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov ABŞ qoşunlarının ölkəmizin ərazisindən daşınma prosesini şərh edərkən deyib. Qeyd edək ki, Moskva Amerika ordusunun Əfqanıstandan çıxarılmasını ciddi şəkildə izləyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son sammitində Putin bununla bağlı ciddi müzakirələr açıb. 

Politoloq qoşunların daşınacağı təqdirdə Rusiyanın Azərbaycana münasibətində heç bir dəyişiklik olmayacağını bildirib. Deputatın sözlərinə görə, bu proses anti-terror koalisiyası tərkibində Azərbaycanla ABŞ-ın birgə fəaliyyətidir.

Millət vəkili İran faktoruna da toxunub. “Burada heç bir yenilik yoxdur və Azərbaycan üçün də nə Rusiya, nə də İran tərəfindən təhlükə gözlənilmir”, – deyə R. Musabəyov vurğulayıb.

Qeyd edək ki, Əfqanıstandakı qoşunların və qeyri-hərbi yüklərin Azərbaycan ərazisi vasitəsi ilə daşınması başlanıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Azərbaycan Əfqanıstandakı qoşunların və qeyri-hərbi təchizatın daşınmasında davamlı və əsas rol oynayır. Lakin Azərbaycanın Rusiya ilə həssas siyasi əlaqələri fonunda belə bir addımın atılması Kremlin rəsmi Bakıya təzyiqlər edəcəyi məsələsini gündəmə gətirir.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?