Modern.az

“Bizdə siyasi məhbus yoxdur, bunu birdəfəlik anlayın!”- AÇIQLAMA

 “Bizdə siyasi məhbus yoxdur, bunu birdəfəlik anlayın!”- AÇIQLAMA

3 Oktyabr 2013, 17:15

“Azərbaycanda siyasi məhbus yoxdur. Bunu bir dəfəlik anlamaq lazımdır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova deyib. O, İnsan Hüquqları Klubunun Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı siyahıya münasibət bildirərkən qeyd edib ki, bu həqiqəti əks etdirmir. “Ancaq onu da bilmək gərəkdir ki, heç bir şəxs məsuliyyətdən azad olmur. Azərbaycanda kimsə siyasi baxışlarına görə həbs olunmayıb. Onların adlarını uydurma siyahıya salmaq tamamilə yanlış və xoşagəlməz bir haldır”-deyən komitə rəhbəri bildirib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər bir kəs qanun qarşısında cavab verməlidir.

Komitə sədri  təəssüflə söyləyib ki, bizə  düşmən olan və ölkəmizi sevməyən qüvvələr Azərbaycana siyasi təzyiq vasitəsi kimi qondarma siyahı hazırlayır. “Bu, köhnə bir metoddur. Uzun illər bundan qabaq da Azərbaycanda siyasi məhbuslar adı altında yalançı siyahılar hazırlanıb Avropa Şurasına təqdim olunub. İndi də seçki öncəsi bu üsuldan istifadə edirlər. Azərbaycan kifayət qədər şəffaf, demokratik, azad bir ölkədir. Hər bir kəsin fəaliyyəti düzgün qiymətləndirilir. Ona görə də təhrif olunmuş siyahılar Azərbaycana heç bir şey edə bilməyəcək. Çünki Azərbaycanda qanunun aliliyi prinsipi həmişə rəhbər tutulub və belə də davam edəcək”-deyə deputat bildirib.

Xatırladaq ki, İnsan Hüquqları Klubu Azərbaycanda yeni siyasi məhbuslar siyahısı hazırlayıb. Həmin siyahıda siyasi səbəblərə görə həbs edilmiş və barələrində azadlıqdan məhrumetmə cəzası çıxarılmış 142 nəfərin adı yer alır. İnsan Hüquqları Klubu siyahını Avropa Şurasında keçirilən tədbirdə açıqlayıb.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?