Modern.az

Azərbaycanda dəhşətli avtobus qəzası: xeyli yaralı var - YENİLƏNİB

Azərbaycanda dəhşətli avtobus qəzası: xeyli yaralı var - YENİLƏNİB

3 Oktyabr 2013, 22:59

Azərbaycanda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, “Qarasu” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan avtobus dərəyə yuvarlanıb. Hadisə yerində olan əməkdaşıçızın məlumatına görə, içərisində 20-yə yaxın fəhlə olan 18 AC 719 dövlət nömrə nişanlı KAVZ markalı avtobus Şirvan ərazisində, Mişovdağda 200 metr hündürlükdən yuvarlanıb.
Qəza nəticəsində xoşbəxtlikdən ölən olmasada, 12 fəhlə müxtəlif xəsarətlərlə Şirvan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanıb.

***

Şirvan şəhəri ərazisində yerləşən neftçıxarma şirkətinə məxsus fəhlə avtobusunun aşması nəticəsində yaralanan 17 nəfərin adı məlum oldu.
Qəzada yaralananlar aşağıdakılardır:

Şirvan şəhər sakinləri –
61 yaşlı Məcidov Rafiq Bahadur oğlu,
50 yaşlı Quliyev İslam Nuruş oğlu,
55 yaşlı Hətəmov Rasim Müslüm oğlu,
28 yaşlı Səlimov Asim Rasim oğlu,
35 yaşlı Məcidov Ramil Rasim oğlu,
55 yaşlı Əliyev Ələddin Müslüm oğlu,
49 yaşlı Ələkbərov Elşad Vahid oğlu,
34 yaşlı Nağıyev Nail Mirələm oğlu,

33 yaşlı Mirzəyev İlqar Ağabəy oğlu,

55 yaşlı Hətəmov Rasim Müslüm oğlu,
63 yaşlı Şahmirzəyev Mustafa Mütəllim oğlu,
49 yaşlı Məmmədov Səmid Qulam oğlu,
35 yaşlı Qədirov Ramin İsaxan oğlu,
62 yaşlı Bağırov Səfadar Mürsəl oğlu;

Sabirabad rayon sakini – 40 yaşlı Şahmarov Rəcəb Qəhrəman oğlu;

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?