Modern.az

Azərbaycanlı deputat AŞPA tribunasından Sərkisyanı ifşa etdi

Azərbaycanlı deputat AŞPA tribunasından Sərkisyanı ifşa etdi

4 Oktyabr 2013, 10:10

“Sarkisyan beynəlxalq ictimaiyyəti ələ saldığını göstərdi”


“Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən qeydsiz-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini öz məntiqinə uyğun qeyri – obyektiv və əsassız şəkildə təhrif edərək beynəlxalq ictimaiyyəti ələ saldığını göstərdi. Bu, hər şeydən əvvəl beynəlxalq ictimaiyyətə qarşı böyük hörmətsizlikdir”

Bu fikirləri AŞPA-nın sessiyasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.

Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin humanitar problemləri ilə bağlı hesabatın müzakirəsində çıxış edən S. Qafarova deyib ki, Ermənistanın dövlət başçısının beynəlxalq hüquqa bu cür qeyri-ciddi münasibəti əslində münaqişənin bu günə qədər niyyə həll olunmadığını açıq şəkildə göstərir:

 “BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş sənədlərin inkarı Ermənistan dövlətinin sülhə əngəl olma manevrləri ucbatından münaqişənin hələ də həll olunmamış qalmasının və bütün beynəlxalq çağırışlara baxmayaraq, İrəvan hakimiyyəti konstruktiv mövqeyə gəlməkdən yayınmağının daha bir sübutudur”.


Müzakirə olunan məsələnin aktuallığından da danışan S. Qafarova deyib ki, bu iclasda yenidən bu məsələyə toxunmaqla beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan dövlətinin törətdiyi vəhşiliklərə yönəltmək gələcəkdə belə halların qarşısının alınmasında  və Avropada bir də təkrar olunmamısı üçün faydalı ola bilər:

 "Münaqişələr çox ciddi humanitar bəlalara və uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlara gətirib çıxarır. Biz Ermənistan dövləti tərəfindən məcburi münaqişəyə cəlb olunmuş və torpaqlarının 20 faizi işğal olunmuş bir dövlətin vətəndaşları kimi bunu bir çoxlarından yaxşı başa düşürük. Çünki bu münaqişənin çox ağır nəticələrini hələ də yaşamaqdayıq. Mən Dağlıq Qarabağ münaqişəsində əsir düşmüş, girov götürülmüş vətəndaşlaramız barədə ümumi məlumat vermək istərdim.

1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilib.

Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir. Eyni zamanda 177 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289 nəfər yaşlı  şəxsdir (112 nəfər yaşlı qadın). Həmçinin, 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Şahid ifadələri və müvafiq ekspertiza tədbirləri təsdiq edir ki, 300 nəfərdən artıq azərbaycanlı erməni əsirliyində müxtəlif işgəncələrə məruz qalmış və vəhşicəsinə qətlə yetirilib.

Əlbəttə ki, bütün bunlar kifayət qədər böyük rəqəmlərdir. Bunun nə demək olduğunu bir fakt kifayət qədər açıq şəkildə izah edir. Avropa üzrə qeydə alınmış itkin vətəndaşların ümumi sayının təxminən 20 faizə qədəri azərbaycanlılardır və onlar Ermənistan dövlətində işgəncələrə məruz qalmış və bəziləri bəlkə də hələ də bu işgəncələri yaşayır".


S. Qafarova deyib ki, eyni zamanda, əsirlikdən və girovluqdan azad edilmiş insanların cəmiyyətə restavrasiyası da çox ağrılı bir problemdir:

 “Həmin insanlar əsirlikdə yaşadıqları ağır şəraitiin və üzləşdikləri işgənecələrin izlərini uzun illər öz üzərlərindən ata bilmirlər. Ona görə də düşünürəm ki, bu insanların əsirlikdən sonrakı həyatını qurmağa kömək etdiyimiz qədər onların əsirlikdə keçirdikləri günlərdə ən azından müəyyən şəraitlə təmin olunmalıdır.

 Əlbəttə, bu gün Ermənistanla Azərbaycan arasında atəşkəs imzalanmışdır. Lakin bu atəşkəs münaqişənin tam həlli demək deyil. Bu gün də ermənilərin dinc sakinlərə atəş açması, erməni kəşfiyyatçıların törətdikdəori təxribatlar nəticəsində Azərbaycanın müharibə qurbanlarının sayı durmadan artmaqdadır".

S. Qafarova bir daha beynəlxalq ictimaiyyəti hadisələrə obyektiv qiymət verməyə və Ermənistanın təxribatçı, işğalçı siyasətinə əsl hüquqi qiymət verəmyə çağırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?