Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin oktyabr ayının 26-da Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən rayonunun sakinlərini qəbul edəcək.
Vətəndaşların qəbuluna saat 11:00-da başlanacaq.
Modern.az