Modern.az

Artur Rəsizadə maaşlarla bağlı qərar verdi

Artur Rəsizadə maaşlarla bağlı qərar verdi

4 Oktyabr 2013, 11:12


Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında qərar qəbul edib.

Modern.az xəbər verir ki, baş nazirin qərarına əsasən büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-16-cı əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 76 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 36 manat məbləğində əlavələr ödəniləcək.

Qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?