Modern.az

Üzrxahlıq

Üzrxahlıq

4 Oktyabr 2013, 10:46

Modern.az-da AzTV-nin “Xəbərlər” proqramının keçmiş müxbiri, hazırda “Azərbaycan” qəzetinin əməkdaşı olan Bəşir Şəriflinin insult keçirməsi haqda informasiya dərc olunub. Xəbərin saytda peyda olmasından sonra B.Şəriflinin dializ olunarkən insult keçirməsinin yeni məlumat olmadığı aşkar edilib. Məlum olub ki, o, doğrudan da insult keçirib, amma hadisə keçən il olub.
Jurnalist həmkarımızın Modern.az-a verdiyi təkzibedici informasiya vaxtında-vədəsində dərc edilmədiyindən bir sıra digər KİV-lər də ilkin informasiyanı tirajlayıblar.

Təbii ki, Modern.az olaraq yanlışlığa görə, Bəşir Şərifliyə Allahdan şəfa diləyir və üzrxahlıq edirik. Lakin bunu da bildirməyi vacib bilirik ki, sürət rejimdə işləyən istənilən internet media orqanında belə bir yanlışlığın baş verməsi mümkündür. Hadisədən əlbəttə, bir dərs götürüləcəkdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?