Modern.az

Cəmil Həsənlinin mitinqində qarşıdurma - FOTO

Cəmil Həsənlinin mitinqində qarşıdurma - FOTO

4 Oktyabr 2013, 14:15

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bu gün Sabirabadda mitinq keçirib. Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Cəmil Həsənlinin mitinqinə müdaxilə baş verib. Təxminən 100 nəfər “Milli Şura rədd olsun!” şüarları ilə mitinqin keçirildiyi stadionun ortasına qədər irəliləyib və mitinqi dağıtmağa cəhd göstərir. 

Stadionda olan az sayda polis qüvvəsi qarşıdurmaya müdaxilə etməyib. AXCP sədri Əli Kərimli çıxış edərkən həmin şəxslər səsgücləndiricilərlə ona mane olmağa çalışıblar.

Cəmil Həsənli ilə görüşə təxminən bir neçə yüz nəfərin gəldiyini deyir. Polis mitinqçiləri digər sakinlərdən sədlə ayırıb.

Polisdən açıqlama almaq mümkün olmayıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?