Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell iyun ayında start verdiyi xüsusi endirimli rouminq kampaniyasının vaxtını uzadıb. Bundan başqa, kampaniyada iştirak edən ölkələrin sayı artıq beşə çatıb. Beləliklə, indi Türkiyə, Gürcüstan və Rusiya ilə yanaşı, Qazaxıstan və Ukraynaya səfər edən Bakcell abunəçiləri də sərfəli danışıq qiymətlərindən yararlana biləcəklər.
Qeyd olunan 5 ölkədə CİN və Yeni Klass abunəçiləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 AZN ödəyirlər. Kampaniya çərçivəsində çıxış zənginin bir dəqiqəsi isə 0.75 AZN-dir.