Modern.az

Prezidentdən idmançılara pul mükafatı - SİYAHI

Prezidentdən idmançılara pul mükafatı - SİYAHI

4 Oktyabr 2013, 20:36

Prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?