Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Sabirabad rayonu, Nizami kəndində vətəndaşa məxsus 1980-ci il təvəllüdlü Abdullayev Azər Aydın oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü A.A.Abdullayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmiş, avtomobildə olan 3 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibb Yardım xidmətinə təhvil verilib.
Əməliyyat saat 03:44-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az