Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!”-ın layihəsinin təqdimatında iştirak edib.
Oktyabrın 5-də "YARAT!" Müasir İncəsənət Məkanı "Zavod" layihəsini təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova layihə barədə məlumat verib. Bu gün "YARAT!" Müasir İncəsənət Məkanının 2 yaşının tamam olduğunu deyən Aida Mahmudova bu müddətdə təşkilatı dəstəkləyənlərə, gənc rəssamlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Rəssam və kurator Faiq Əhməd sərginin əhəmiyyətindən və gənc sənətkarların böyük zəhmət və enerji ilə işə qatıldıqlarından danışıb.
"Zavod" layihəsi "YARAT!" təşkilatı tərəfindən düşünülüb və Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilib.
Layihəyə "ARTIM" gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində "Bank Technique" ASC sponsorluq edir.
Sərgi noyabrın 15-dək davam edəcək.
Modern.az